TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 7-11 avqust tarixlərində günvurma ilə bağlı 17 müraciət daxil olub.
Bu barədə resmixeber.az-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, onlardan 10 nəfəri qadın, 7 nəfəri kişidir.
“Müraciət edən şəxslərdən 13 nəfəri böyük, 4 nəfəri uşaqdır. Ümumilikdə müraciət edən şəxslərdən 11 nəfəri hospitalizasiya edilib”, – deyə məlumatda qeyd edilib
www.RESMIXEBER.az