Ermənistan Azərbaycanla şərti sərhədə hərbi texnika cəlb edir: Növbəti təxribata hazırlıq gedir? – VİDEO

HƏRBİ


Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Respublikasının Laçın rayonu istiqamətində, Qorunzurda əlavə qüvvə və hərbi texnika toplayır.

Bu barədə “Caliber.Az” “Telegram” kanalı məlumat verib.

Texniki müşahidə vasitəsilə lentə alınan videoda aydın görünür ki, Ermənistan ordusuna məxsus olan və artilleriya qurğuları daşıyan dörd “KamAZ” markalı hərbi maşın, həmçinin döyüş sursatları daşıyan iki “KamAZ” markalı avtomobil komanda heyəti ilə birgə kolon şəklində hərəkət edir.

Maraqlıdır ki, 2022-ci ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə təxribat törətməsinə qədər olan müddətdə də ermənilər tərəfindən analoji hərəkətlər müşahidə olunurdu.

Bütün bunlar Ermənistanın Qarabağ məsələsini BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmağa cəhd etməklə faktiki olaraq danışıqlar prosesindən çıxması fonunda baş verir. İstisna deyil ki, Ermənistan hakimiyyəti öz beynəlxalq tərəfdaşları üçün sərhəddə yeni qanlı “şou” hazırlayır.

 

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir