44 ildən sonra qadınlar Tehran yaxınlığındakı stadiona gediblər – FOTO

Dünya


İranda 44 ildən sonra qadınlar Tehranın kənarındakı stadiona gediblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Dünən Tehranın “Azadi” stadionunda “Persepolis” və Ərakın “Aluminium” futbol komandaları arasında keçirilən qarşılaşma tamaşaçısız keçirildiyi halda, sözügedən komanda ilə Xuzistanın “Folad” komandası arasında yarışı izləmək üçün qadınlar Gül Gohər Sircan stadionuna gediblər.

Qeyd edək ki, qadınların Tehran yaxınlığındakı bir stadiona axışması yerli mediada geniş müzakirələrə səbəb olub. Lakin həmin anlara dair bir sıra foto və videogörüntülər İranın hökumət mediasında yer almayıb.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir