Leykozdan əziyyət çəkən Mübarizin anası: “Bəzən yeməyə heç nə tapmırıq, yardıma ehtiyacımız var” – FOTO

Cəmiyyət


Səkkiz yaşlı Mübarizin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə resmixeber.az-a onun anası Sayilə Əsgərova məlumat verib.

O bildirib ki, övladı kəskin leykozdan əziyyət çəkir.

“Mübarizin səkkiz yaşı var, dörd il öncə onun kəskin leykozdan əziyyət çəkdiyini öyrəndik. İmkanımız çatan qədər müalicə etsək də, heç bir irəliləyiş olmayıb. Hazırda müalicə üçün 7 000 manata ehtiyacımız var”.

Sayilə Əsgərova dörd il əvvəl həyat yoldaşının vəfat etdiyini deyib.

“Mübarizin atası rəhmətə gedəndən sonra onun leykozdan əziyyət çəkdiyini öyrəndik. Mənim iki övladım var, yoldaşımdan sonra maddi vəziyyətimiz yaxşı olmayıb. Bəzən uşaqlara verməyə çörək, yemək tapmıram, evimizdə olan pula dəyər hər şeyi satmışam. Yardımsevər şəxslərdən mənim balama dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 783-64-21.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir