Ekspert bazası üçün “Helios” intellektual-analitik müsabiqəsi: resmixeber.az-ın əməkdaşı da qalib oldu – FOTO

Siyasət


UNEC Tədqiqat Fondu Azərbaycanda ekspert bazasının inkişafı üçün elan etdiyi “Helios” intellektual-analitik müsabiqəsinin nəticələrini elan edib.

resmixeber.az-ın məlumatına əsasən, qaliblərin avqustun 4-də mükafatlandırılması mərasimi keçirilib.

Bildirək ki, müsabiqənin məqsədi beynəlxalq əlaqələr, beynəlxalq iqtisadiyyat və regional siyasət sahələri ilə maraqlanan şəxsləri dəstəkləmək və təşviq etməkdir.

Müsabiqə, ekspert və analitik düşüncənin inkişafına töhfə verməyi və ölkənin ekspert cəmiyyətinə gəncləri cəlb etməyi hədəfləyir.

2023-cü ilin 25 may tarixində başlayan müsabiqə 4 ay davam edib. İştirakçılar təklif olunan mövzularla bağlı analitik məqalələri təqdim ediblər.

Müsabiqə dövründə iştirakçılar ADA Universiteti, Bakı Dövlət Universiteti, UNEC-dən təcrübəli məsləhətçilər və müəllimlərin seminarları vasitəsilə məqalələrini təkmilləşdiriblər.

Müsabiqənin nəticəsində iştirakçılar müasir dünya və regional trendləri təhlil etmək bacarığı qazanıblar.

Həmçinin, beynəlxalq siyasi və iqtisadi münasibətlərdə təbliğ edilən və inkişaf edən narrativlərin tədqiq edilməsi üzrə bacarıqlarını inkişaf etdiriblər, analitik materialların hazırlanması sahəsində biliklərə yiyələniblər.

Qaliblərin yazıları Fondun rəsmi (www.unectf.org)  saytında dərc ediləcək. Gələcəkdə, UNEC Tədqiqat Fondu bənzər müsabiqələrin keçirilməsini davam etdirmək niyyətindədir.

Qeyd edək ki, resmixeber.az-ın əməkdaşı Aqşin Kərimov da qaliblər sırasında yer alıb.

Aqşin Kərimovun “Türkiyə-Azərbaycan strateji müttəfiqliyi Cənubi Qafqazda balanslaşdırıcı amil kimi” mövzusunda yazdığı analitik məqalə yüksək qiymətləndirilərək onu qalib edib. 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir