Avstraliyanın Melburn şəhər hakimiyyəti turistləri cəlb etmək üçün ölkədə ilk “Disneylend” əyləncə parkını qurmaq niyyətindədir.
Bu barədə şəhərin meri Salli Kapp məlumat verib.
“Koronavirus pandemiyasından sonra Melburn turizm paytaxtı kimi reputasiyasını bərpa etməlidir və bunun üçün “Disneylend”in qurulması mükəmməl olardı. Biz əminik ki, şəhərimizdəki “Disney” əyləncə parkı həm yerli sakinlər, həm də turistlər arasında böyük rəğbət qazanacaq”, – deyə o, bildirib.
Kapp Melburndan cənub-qərbdə “Disneylend” üçün torpaq sahəsinin ayrıldığını da qeyd edib.
Gözlənildiyi kimi, yeni “Disneylend” Melburndan 50 km cənub-qərbdə, Port Fillip körfəzinin sahilində yerləşən Cilonq şəhərində tikiləcək. Avstraliya sakinləri və xaricdən gələn qonaqlar üçün Melburnun mərkəzindən əyləncə parkına qədər dəmir yolu xətti uzadılacaq və səyahət müddəti 30 dəqiqədən çox olmayacaq.
Mənbə: TASS
www.RESMIXEBER.az