İranlı rəssam Firuzə Bəzrəfkən İranın Danimarkadakı səfirliyi qarşısında “Qurani-Kərim”i parçalayaraq sürtgəcdən keçirib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Onun bu hərəkəti sosial mediada geniş müzakirələrə yol açıb.
Qadının sözlərinə görə, onun məqsədi İranda müqəddəs kitabın şərtlərinə etiraz edərək qadınların hüquqlarının kəskin şəkildə pozulduğunu vurğulamaq olub.
Firuzə Bəzrəfkən İran rejiminin sərt tədbirlərinin tək səbəbi kimi “Qurani-Kərim”in qadınlarla bağlı olan hicab qanunlarını göstərib.
Amma qeyd etmək lazımdır ki, İslamın müqəddəs kitabında heç bir qadın hicaba məcbur edilmir. Məcburi hicab İran hökumətinin özünün qadınlara tətbiq etdiyi qanundur.
www.RESMIXEBER.az