Kürdəmirdə “Niva” aşıb, xəsarət alanlar var

Cəmiyyət


Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var.

“resmixeber.az”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir yolunun rayonun Şahbəyli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Niva” markalı avtomobilin sürücüsü, rayonun Qarasu kənd sakini 51 yaşlı Azər Ətir oğlu İbrahimov həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü Azər İbrahimov və onun sərnişini 29 yaşlı Məmmədkərim Azər oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər. Hazırda faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir