“Green House” şadlıq evində yanğın 500 kvadratmetr ərazini əhatə edib – FOTOREPORTAJ

Cəmiyyət


Bu gün Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində yanğın baş verib. Yanğın 500 kvadratmetr ərazini əhatə edib.

“resmixeber.az” hadisə yerindən fotoreportajı təqdim edir.

Qeyd edək ki, bu gün 14:40 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

Dərhal hadisə yerinə FHN-in yeddi yanğınsöndürmə avtomobili və canlı qüvvəsi cəlb olunub.

Havanın küləkli olmasına baxmayaraq, yanğın qısa müddətdə tam söndürülüb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir