İsveçdə “Quran”ın yandırılmasına yenidən icazə verilib

Dünya


İsveç polisi “Quran”ın yandırılması ilə yeni aksiyaya icazə verib.

Məlumata görə, aksiya avqustun 3-də Stokholmda baş tutacaq.

Adı açıqlanmayan qadın aksiyanı təşkil etməkdə məqsədinin Quranın bir çox insanın həyatına son qoyması olduğunu bildirib.

“Ümid edirəm ki, bütün dünya bu sözləri eşidəcək, çünki dinin siyasət olduğunu qəbul etmək vacibdir. Din yaratmaq bir biznesdir”, – deyə o deyib.

Eyni zamanda, o, özünü heç bir dinə aid etmək istəmədiyini, guya “İncil”in on qaydasına əməl etdiyini əlavə edib.

Qeyd edək ki, iyunun sonunda İsveç polisi müsəlmanların Qurban bayramının ilk günündə Stokholmun əsas məscidində “Quran”ın yandırılması ilə etiraz aksiyasına da icazə vermişdi.

Mənbə: Lenta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir