Van gölü dörd kilometr geri çəkilib – VİDEO

Dünya


Türkiyənin ən böyük gölü olan Van gölündə quruma davam edir.

Məlumata görə, bu ilin yaz aylarında günəşli günlərin azalması, leysan yağışların çoxalması və temperaturun enməsi gölün suyunun artmasına səbəb olub. Lakin həddindən artıq isti keçən yay, yağıntıların azalması və isti havaların təsiri ilə buxarlanmanın çoxalması səbəbindən Van gölündə su getdikcə azalır.

Belə ki, 4 kilometrlik Tatvan sahili boyunca göl bir xeyli geri çəkilib. Çəkilmədən sonra gölə atılan və çirklənməyə səbəb olan avtomobil təkərləri, plastik materiallar və şüşə butulkalar da üzə çıxıb.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir