Amerikalıların üçdə biri dəstəklədi: ABŞ qoşunları Ukraynaya göndərilə bilər?

Dünya


Amerikalıların təxminən üçdə biri ABŞ qoşunlarının Ukraynadakı müharibəyə göndərilməsini dəstəkləyir.

Bunu “Redfield & Wilton Strategies”in “Newsweek” nəşri üçün keçirdiyi sorğunun nəticələri göstərib.

Qeyd olunub ki, ABŞ-də səsvermə hüququna malik olanların ümumilikdə 31%-i Amerika hərbi qüvvələrinin Ukraynaya müharibəyə göndərilməsinin tərəfdarıdır. Eyni zamanda respondentlərin dörddə biri amerikalı əsgərlərin Ukraynaya göndərilməsini dəstəkləməyib və buna etiraz da etməyib, 34 faizi isə qarşı çıxıb. 10%-dən bir qədər az hissəsi bu suala cavab verməkdə çətinlik çəkib.

İyulun 25-dən 26-dək keçirilən onlayn sorğuda ümumilikdə 1500 nəfər iştirak edib.

Ən yüksək dəstək faizinin gənclər və orta yaşlı insanlar arasında olduğu məlum olub. Məsələn, 27-42 yaşlılarn 47%-i ABŞ qoşunlarının Ukraynaya göndərilməsini dəstəklədiklərini və ya qəti şəkildə dəstəklədiklərini bildiriblər. Həmçinin 18-26 yaşlı respondentlərin cəmi 4%-i ABŞ qoşunlarının göndərilməsinin qəti əleyhinə olduqlarını bildiriblər.

Eyni zamanda yaşı 59-dan yuxarı olan respondentlərin demək olar ki, üçdə biri ABŞ qoşunlarının Ukraynaya daxil olmasına qarşı olduqlarını, daha 25%-i isə bu təklifin qəti əleyhinə olduqlarını nəzərə çatdırıblar.

“Newsweek” sorğu ilə bağlı şərh almaq üçün Pentaqona müraciət etsə də, cavab ala bilməyib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir