Avtomobili idarə etmək üçün verilən etibarnamə ləğv edilə bilər.
Xezerxeber.az xəbər verir ki, Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında Gəncə Şəhər Məhkəməsinin müraciəti əsasında məsələyə baxılıb və qərar qəbul edilib.
Qərara əsasən, avtomobilin sahibi olmayan şəxsin avtomobili idarə etmək üçün etibarnamənin zəruriliyi tələbinin aradan qaldırılması Milli Məclisə tövsiyə olunub.
Maşını idarə etmək üçün etibarnaməyə ehtiyac olub-olmaması ilə bağlı sürücülər bildiriblər ki, onlar etibarnamə tələbinin aradan qaldırılmasını dəstəkləyirlər.
Hüquqşünas Şamil Paşayev məsələ ilə bağlı qeyd edib ki, Azərbaycanda avtomobillərin idarə edilməsi üçün etibarnamənin verilməsinə ehtiyac yoxdur. Onun fikrincə, etibarnamə anlayışı ümumiyyətlə ləğv olunmalıdır.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun tələblərinə əsasən ər və arvad eyni maşını etibarnaməsiz idarə edə bilər, amma gərək onların da mülkiyyət hüququna dair şəhadətnamələri yanlarında olsun. Digər hallarda isə maşının etibarnaməsiz idarə edilməsi inzibati məsuliyyət yaradır.
Daha ətraflı süjetdə:
www.RESMIXEBER.az