Türkmənistan Hava Yolları Moskvaya uçuşları dayandırdı

Dünya


Türkmənistan Hava Yolları çərşənbə axşamından etibarən Aşqabaddan Moskvaya uçuşları dayandırıb.

Bu barədə şirkətin saytında məlumat verilib.

“Bildirmək istərdik ki, Moskva hava zonasında hava vəziyyəti ilə əlaqədar, habelə uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə risklərin qiymətləndirilməsinə əsasən 2023-cü il avqustun 1-dən etibarən Türkmənistan Hava Yollarının Aşqabad – Moskva – Aşqabad istiqamətindəki bütün reysləri dayandırılır. Uçuşlar Aşqabad – Kazan – Aşqabad marşrutu ilə həyata keçiriləcək”, – məlumatda deyilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir