Polşanın “Rakuv” klubunun Müşahidə Şurasının sədri Voyçex Tsiqan komandanın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”a qarşı şanslarını dəyərləndirib.
Klub rəsmisi Azərbaycan çempionunun güclü komanda olduğunu deyib:
“Qarabağ” hər il avrokuboklarda mübarizə aparan çox təhlükəli rəqibdir. Bu komanda yüksək intensivliyi ilə adamı heyran edir. Onların zəiflədiyini və bir neçə il əvvəlki kimi güclü olmadığını deyənlər var idi. Amma dəyişikliklərə baxmayaraq, Azərbaycan çempionu hələ də güclüdür”.
Voyçex Tsiqan ilk Bakıdakı cavab oyununda komandasının işinin ağır olacağını bildirib:
“Qarabağ” kimi çətin rəqib üzərində ilk oyundakı qələbə bizim üçün dəyərlidir. Lakin cavab matçı asan olmayacaq. Bakıya mübarizə aparmaq üçün gedirik. İlk görüşdəki səhvləri aradan qaldırmalıyıq. Evdə qısa müddətdə buraxdığımız səhvlər iki qol buraxmağımıza səbəb oldu. Bakıya minimalhesablı qələbə ilə yollanırıq. Bu isə o deməkdir ki, rəqibdən bir qədər yaxşı vəziyyətdəyik. Orada yaxşı müdafiə olunmalıyıq”.
Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək cavab oyunu saat 20:00-da başlayacaq. İlk görüşdə Polşa klubu 3:2 hesablı qələbə qazanıb.
Mənbə: dziennikzachodni.pl
www.RESMIXEBER.az