“Liverpul” Kilian Mbappeni icarəyə götürməyə çalışır

Dünya


“Liverpul” Kilian Mbappeni icarəyə götürmək üçün PSJ ilə danışıqlar aparır.

Mənbə iddia edir ki, “Liverpul” K. Mbappeyə bir illik icarə müqaviləsi təklif etməyə hazırdır.

Xəbərdə həmçinin vurğulanır ki, fransalı hücumçu Yurgen Klopun rəhbərliyi altında oynamağı hər zaman arzu edib, hətta PSJ-yə qoşulmamışdan əvvəl “Liverpul” ilə transfer müzakirələri də aparıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu hücumçu Kilian Mbappeni rekord məbləğdə 300 milyon avroya almaq üçün PSJ-yə rəsmi təklif göndərib. Lakin hücumçunun bu təklifə müsbət yanaşmadığı bildirilir.

Mənbə: Mirror

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir