Avropa İttifaqından Nigerin yeni yaranan hakimiyyətinə bəyanat: “Tanımırıq və tanımayacağıq” – FOTO

Dünya


“Avropa İttifaqı (Aİ) Nigerdə ​​üsyan nəticəsində yaradılmış yeni hökuməti tanımır”.

Bu barədə Aİ diplomatiyasının rəhbəri Josep Borrel bəyanat verib.

“Avropa İttifaqı Nigerdə ​​çevriliş nəticəsində formalaşmış hakimiyyəti tanımır və tanımayacaq. Konstitusiya quruluşu bərpa edilməlidir”, – deyə o bununla bağlı “Twitter” hesabında paylaşım edib.

Borrelin sözlərinə görə, Avropa İttifaqı ölkəyə maliyyə dəstəyini və onunla əməkdaşlığı dayandırır. “Nigerin respublika qurumlarının bütövlüyünə qarşı edilən bu qəbuledilməz hücum Aİ ilə Niger arasında bütün müxtəlif aspektlər üzrə tərəfdaşlıq və əməkdaşlıq məsələlərinə təsirsiz ötüşməyəcək. Bu baxımdan büdcə dəstəyinin dərhal dayandırılması ilə yanaşı bütün təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq fəaliyyətləri də dərhal qüvvəyə minməklə qeyri-müəyyən müddətə dayandırılır”, – deyə o əlavə edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir