İran parlamentindən məcburi hicab layihəsi: “Pis geyinənlər” külli miqdarda cərimələnəcəklər – FOTO

Dünya


İran parlamentinin Hüquq Komissiyası məcburi hicab layihəsi hazırlayıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Layihəyə əsasən, ictimai yerlərdə və ya küçələrdə “pis geyim” seçiminə əl atan hər kəs ilk dəfə 6 milyon (241₼), daha sonra isə 24 milyona (963₼) qədər cərimələnəcək.

“Pis geyim” dedikdə açıq və ya dar geyim, yaxud bədənin bir hissəsini, boyundan aşağı və topuqdan yuxarı və ya biləkdən yuxarını göstərən geyim nəzərdə tutulur.

Həmçinin geyim kodeksini pozan şagird və tələbələr 4 dəfə xəbərdarlıqdan sonra polisə təqdim olunacaqlar.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir