Samuxda yük maşını və istixana yandı

Cəmiyyət


Samux rayonunda yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, rayonun Çobanabdallı kəndində “Mercedes-Benz” markalı yük avtomobilinin yanar hissələri və banında kapron çəlləklərə yığılan 1,5 ton işlənmiş yağ yanıb.

Yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 3 000 kvadratmetr olan istixananın polietilen üzlüyü 100 kvadratmetr sahədə əriyib. İstixananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir