Son günlər kəskin başağrısı ilə bağlı şikayətlərin sayı artıb.
Xezerxeber.az-ın məlumatına görə, vətəndaşlar başağrısını havaların isti keçməsi, maqnit qasırğası və koronavirusun yeni mutasiyası ilə əlaqələndirirlər.
Eyni zamanda bu ağrıların bir neçə saat yox, həttda bir neçə gün çəkdiyindən şikayətlənirlər.
Həkim Elnarə Salahovanın sözlərinə görə, son bir həftə ərzində kəskin başağrıları ilə bağlı müraciətlərin sayı artıb:
“Başağrılarını hər zaman miqren adlandırmaq olmaz. Ağrılar mütəmadi hal alıbsa, mütləq həkimə müraciət edərək müayinədən keçmək lazımdır”.
Hazırki müraciətlərin virus xarakterli olmadığına diqqət çəkən Elnarə Salahova qeyd edib ki, başağrıları istənilən yolxucu xəstəliklərdən sonra yaranma xüsusiyyətinə malikdir:
“Başağrıları üç gündən artıq davam edərsə, mütləq həkimə müraciət edilməlidir. Bundan başqa müvəqqəti ağrıkəsicilər qəbul etmək də xəstəliyi ağırlaşdıra bilər”.
Daha ətraflı süjetdə:
www.RESMIXEBER.az