FHN metroda təlim keçirəcək

Cəmiyyət


Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı metrosunda təlim keçirəcək.

Nazirlikdən verilən məlumata görə, FHN ilə “Bakı Metropoliteni” QSC metronun “Nizami” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 28 iyul 2023-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.

“Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur”, – deyə məlumatda bildirilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir