Britaniya kəşfiyyatı: “Rusiya Qara dənizdə ticarət gəmilərinin qarşısını kəsmək üçün korvet göndərib”

Dünya


Rusiya Qara dəniz “Taxıl sazişi”ndən çıxdıqdan sonra və Ukraynanı blokadaya almağa hazırlaşdığı bir zamanda Rusiyanın Qara Dəniz Donanması öz mövqeyini dəyişib.

Bu barədə Britaniya Müdafiə Nazirliyi “Twitter” hesabında məlumat verib.

Məlumatda qeyd edilib ki, müasir “Sergey Kotov” korveti Bosfor və Odessa arasında dəniz marşrutuna patrulluq etməsi üçün Qara dənizin cənub hissəsində yerləşdirilib.

Britaniya kəşfiyyatının məlumatına görə, real ehtimal var ki, bu korvet Rusiyanın Ukraynaya getdiyinə inandığı ticarət gəmilərinin qarşısını almaq üçün operativ qrupun tərkibinə daxil ediləcək.

“Əslində “Taxıl sazişi” Qara dənizin müharibədə iştirakını azaltmışdı, indi bu ərazidə zorakılığın intensivliyinin və miqyasının artması ehtimalı var”, – deyə Britaniya Müdafiə Nazirliyi vurğulayıb.

Mənbə: RBC-Ukrayna

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir