Zob xəstəliyi olan uşaqların qida rasionuna nələr daxil olmalıdır? – AÇIQLAMA

Cəmiyyət


“Qalxanvari vəz xəstəliyində xüsusi qida rasionu olmur. Sadəcə, burada yodun miqdarı məsələsi var”.

resmixeber.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində qurumun mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.

O bildirib ki, normal qidaların tərkibində yod var:

“1990-cı illərdə duzun tərkibində yodlaşdırma prosesindən sonra bu məsələyə diqqət edilir. Yodlaşdırılmış duzdan istifadə etməklə orqanizmdə yod çatışmazlığını bərpa etmək olur. Məsləhətdir ki, yodlu duz yemək bişdikdən sonra əlavə edilsin ki, o buxarlanıb ayrılmasın. İspanaq, pazı və digər məhsullara çox üstünlük verilmir, amma onların tərkibində yodun miqdarı çoxdur. Uşaq hər gün bir kasa süd və qatıq qəbul edərsə, orqanizmin yoda olan ehtiyacının bir hissəsini qarşılayar. Balıq, süd, ət məhsulları, meyvə-tərəvəz hər kəsə tövsiyə edilir. Bu qidaların istehlakına diqqət edilərsə, heç bir problem olmaz”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir