Qalada evlərdən oğurluq edən yeniyetmələr saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qala qəsəbəsindəki bir evdən 3150 manat dəyərində qızıl-zinət, gümüş və məişət əşyaları, digər evin həyətindən isə 1500 manat dəyərində avtomobil ehtiyat hissələri və rezin boru oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan iki yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
www.RESMIXEBER.az