Samuxda 10-a yaxın şəxs cərimələndi – FOTO

Cəmiyyət


Samux rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə keçirdikləri tədbirlər zamanı rayon ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozduqlarına görə 10-a yaxın şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub və ərazinin təmizlənməsi təmin edilib.

Qeyd edək ki, cari ilin müvafiq dövrü ərzində ümumilikdə 30 belə fakt aşkarlanıb ki, onların arasında iaşə obyektləri çoxluq təşkil edirlər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir