Güclü külək səbəbindən paytaxtda dörd ağac sınıb.
Bu barədə resmixeber.az-ın sorğusuna cavab olaraq, Yaşıllaşdırma Təsərrüfat Birliyindən məlumat verilib.
Bildirilib ki, günün ikinci yarısından etibarən müşahidə edilən küləkli hava şəraiti səbəbindən paytaxtın Səbail, Yasamal rayonları ərazisində dörd ağac sınıb:
“Aidiyyəti üzrə daxil olan məlumat əsasında əraziyə birliyin əməkdaşları cəlb olunublar. Küləyin yaratdığı fəsadlar aradan qaldırılıb”.


Könül Cəfərli
www.RESMIXEBER.az