Cəlilabadda avtomobil motosikletlə toqquşub

Cəmiyyət


Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“resmixeber.az”un Muğan bürosunun məlumatına görə, qəza rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, qəza zamanı minik avtomobili motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü, 1985-ci il təvəllüdlü Əhliman Tağıyev ağır bədən xəsarətləri alıb. O, rayon xəstəxanasına aparılıb.

Hazırda Ə. Tağıyev travmatik şok vəziyyətindədir.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir