“Rəsm hazırlayan, rənglərlə çalışan süni intellektlər var, amma onlar heç zaman Tahir Salahov ola bilməz”.
“resmixeber.az”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən ikinci sessiyada deyib.
O söyləyib ki, süni intellekt bütün sahələrdə tətbiq oluna bilər:
“Yaradıcılıq sahəsində də bundan istifadə olunur. Bu, elə bir həddə çatıb ki, artıq incəsənət, yaradıcılıq sahəsinə də sirayət edib. Hazırda kompüterdə mövcud şahmat oyunlarında elə səviyyələr var ki, qrosmeysterlərin bir çoxu həmin səviyyə ilə oyun keçirdikdə məğlub olur. Ancaq kompüter yeni bir şey ortaya qoymur, sadəcə, mövcud olanların ən yaxşısını edir, ən doğrusunu seçir”.
www.RESMIXEBER.az