Rusiyanın Qara dəniz Donanmasının Krımdakı aviabazasında yanğın olub – VİDEO

Dünya


Ukraynanın Rusiya tərəfindən ilhaq olunan Krım yarımadasının Krasnoqvardeysk rayonunun Oktyabrsk qəsəbəsində dəmiryol stansiyası yaxınlığında yanğın olub.

“resmixeber.az” xəbər verir ki, bunu Krım separatçılarının rəhbəri Sergey Aksyonov bildirib.

Onun sözlərinə görə, pilotsuz uçuş aparatları (PUA) ilə neft bazasına və aerodroma zərbələr endirilib. Nəticədə yanğın olub.

Qeyd edək ki, Krasnoqvardeysk rayonunda keçmiş SSRİ-dən qalma Qara dəniz Donanmasının aviabazası yerləşir.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir