Kolumbiyanın Kundinmarka departamentinin Naranjal kəndində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 26-ya çatıb.
Bu barədə regionun qubernatoru Nikolas Qarsiya Bustos məlumat verib.
“Çıxarılan cəsədlərin ümumi sayı 26-ya çatıb. Sabah biz itkin düşən daha üç nəfəri tapmağa çalışmalıyıq”, – deyə o bildirib.
Qeyd edək ki, güclü leysan qayaları yerindən oynadıb, çaylar daşıb, torpaq sürüşməsi baş verib.
Mənbə: TASS
www.RESMIXEBER.az