Naxçıvanda göldə boğulan uşağı xilas edən polis serjantı həlak olub – YENİLƏNİB + FOTO

Cəmiyyət


Naxçıvan Muxtar Republikası, Babək rayonu Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışan polis əməkdaşı boğularaq həyatını itirib.

Bu barədə resmixeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vüsal Əbülfəz oğlu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib.

Daha sonra uşağın anası, 1984-cü il təvəllüdlü Səadət Elman qızı Aslanlını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüb.

22:52

Naxçıvan Muxtar Respublikasının (NMR) Babək rayonu ərazisindəki Uzunoba gölündə iki nəfər boğulub.

“resmixeber.az” xəbər verir ki, batan şəxslər 1984-cü il təvəllüdlü Səadət Salman qızı Aslanlı, 1982-ci il təvəllüdlü Vüsal Əbülfəz oğlu Quliyevdir.

Onların meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən çıxarılıb.

2010-cu il təvəllüdlü Murad Mahir oğlu Mehdiyev isə xilas olunaraq xəstəxanaya yerləşdirilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir