Çinin Odessadakı Baş Konsulluğu Rusiyanın atəş zərbələrinə tuş gəldi – FOTO

Dünya


Ötən gecə Ukraynanın Odessa şəhərinə Rusiyanın raket hücumu nəticəsində Çinin Baş Konsulluğunun binasına ziyan dəyib.

Bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.

Onun sözlərinə görə, rusiyalı hərbçilər, həmçinin məqsədyönlü şəkildə liman infrastrukturunu da atəşə tutublar. Zərbələr nəticəsində inzibati binalara və yaşayış binalarına da ziyan dəyib.

Baş konsulluğun yerləşdiyi Naximov küçəsində polis əməkdaşları nəqliyyatın hərəkətini müvəqqəti dayandırıblar. Hüquq-mühafizə orqanları Odessada dağıntıların və dəyən ziyanın siyahısını dəqiqləşdirir.

Kiper mülki binanın dağıntıları altında 2002-ci il təvəllüdlü təhlükəsizlik işçisinin cəsədinin tapıldığını bildirib. Həmçinin üç xilasedici də daxil olmaqla 8 nəfər yaralanıb. 3 nəfər orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib ki, onların arasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşı da var. Onlarda qəlpə yaraları və yanan məhsullardan zəhərlənmə aşkarlanıb.

Mənbə: ZN.ua

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir