Aleksandr Kosoriç: “Neftçi” çox güclü rəqibdir”

Dünya


“Neftçi” çox güclü rəqibdir. “Dinamo” ilə müqayisədə onlar barədə daha çox şey bilirik”.

resmixeber.az xəbər verir ki, bunu Bosniya və Herseqovinanın “Jelezniçar” klubunun futbolçusu Aleksandr Kosoriç deyib.

Konfrans Liqasının I təsnifat mərhələsində Belarusun “Dinamo” klubunu mübarizədən kənarlaşdırıb (2:2, 2:1), II təsnifat mərhələsində “Neftçi”yə rəqib olan komandanın kapitanı “ağ-qaralar”ın böyük klub olduğunu qeyd edib:

“Bilirik ki, “Neftçi” Azərbaycanda böyük klubdur. Ondan da xəbərdarıq ki, onların böyük azarkeş ordusu var. Amma ilk olaraq bundan biz yararlanacağıq. Ondan sonra görəcəyik ki, hansı tərəf digərini kölgədə qoyacaq. Onlar da bizim azarkeşlərimizi görəcəklər”.

Faiq Tahirov

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir