Şərurda güclü yanğının söndürülməsindən görüntülər – VİDEO

Cəmiyyət


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu, Diyadin kəndində vətəndaşa məxsus həyətyanı sahədə yanğının baş verməsi barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, dərhal əraziyə Şərur Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış ot bağlamalarında başlayan yanğının qısa müddətdə genişlənərək bitişik tikililərə keçmə riski yüksəkdir.

Yanğınsöndürənlər yanğının genişlənməsinə, o cümlədən bitişik tikililərə keçməsinə imkan vermədən onu qısa müddətdə söndürüblər.

Yanğın nəticəsində 600 ədəd ot bağlamasından 300-ü yanıb. Ümumi sahəsi 78 kvadratmetr olan təsərrüfat obyekti və orada olan beş baş iribuynuzlu heyvan, ümumi sahəsi 70 kv.m olan qaraj və yardımçı tikili yanğından mühafizə olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir