Daxili İşlər Nazirliyi (DİN) Tovuz rayonunun Düz Cırdaxan kəndində qonşular arasında ot bağlaması üstündə düşən dava ilə bağlı açıqlama verib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov resmixeber.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı Tovuz Rayon Polis Şöbəsində hər iki tərəfin müraciəti var:
“Hazırda rayon polis şöbəsində araşdırmalar davam etdirilir, müvafiq ekspertiza təyin olunub. Ekspertizanın rəyindən sonra məsələyə hüquqi qiymət veriləcək”.
Qeyd edək ki, ötən gün Tovuz rayonunun Düz Cırdaxan kəndində qonşular arasında ot bağlaması üstündə dava olub. 1983-cü il təvəllüdlü R.Quliyev mübahisə zəminində ağac parçası ilə döyülərək müxtəlif xəsarətlər alıb.
Münaqişə zamanı, habelə 1971-ci il təvəllüdlü S.Musayeva da xəsarət alıb. Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib.
İlhamə Əbülfət
www.RESMIXEBER.az