Brüsseldə bu gün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması müzakirə ediləcək

Dünya


Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri bu gün Brüsseldə keçiriləcək görüşdə Ukraynaya hərbi yardım və təhlükəsizlik təminatları, Türkiyə və Çin ilə münasibətlər kimi məsələlərlə yanaşı, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını da müzakirə edəcəklər.

Bu barədə yüksəksəviyyəli Avropa mənbəsindən xəbər verilib.

Bildirilir ki, XİN Şurasının iclası BMT-nin insan hüquqları üzrə nümayəndəsinin iştirakı ilə işçi səhər yeməyi ilə başlayacaq.

“Sonra Xarici İşlər Nazirliyi Şurasının əsas iclası başlayacaq və iclas üç mövzuya həsr olunacaq: Ukraynadakı münaqişə, iqtisadi təhlükəsizliyin xarici siyasət aspekti, həmçinin Türkiyə ilə münasibətlər”, – deyə mənbədən bildirilib.

Məlumata görə, günün ikinci yarısında Aİ xarici işlər nazirləri ABŞ Dövlət katibi Antoni Blinkenlə genişspektrli məsələlər üzrə onlayn müzakirə aparacaqlar. Qeyd olunur ki, Blinkenlə müzakirələr üçün dəqiq gündəm olmasa da, Ukrayna münaqişəsi və Çinlə münasibətlər ətrafında fikir mübadiləsinin davam etdiriləcəyi gözlənilir.

Görüşün sonunda nazirlər cari məsələləri, o cümlədən Çin, Latın Amerikası və Karib hövzəsi ölkələri ilə iyulun 17-18-də keçirilmiş sammitin nəticələrini, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və s. məsələləri müzakirə edəcəklər.

Mənbə: İnterfaks

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir