İqtisadiyyat naziri Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin qalibləri olan nazirlik əməkdaşlarını təbrik edib.
Nazir bu barədə “Twitter” hesabında paylaşım edib.
“İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli şəxslərin müəyyən edilməsi, peşəkar kadr ehtiyatının yaradılması məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş daha bir “Yüksəliş” müsabiqəsi yekunlaşdı. İqtisadiyyat Nazirliyinin əməkdaşları Elvin Əlizadə və Mirzə Ələkbər Babayev də müsabiqənin qalibləridir. Onlar İqtisadiyyat Nazirliyində kadrların peşəkarlığının artırılması məqsədi daşıyan “Uğur yolu” karyera inkişafı proqramında da qalib gəliblər. Əməkdaşlarımıza və “Yüksəliş” müsabiqəsinin digər qaliblərinə təbriklərimizi çatdırır, uğurlar arzulayırıq”, – deyə M.Cabbarov qeyd edib.
İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli şəxslərin müəyyən edilməsi, peşəkar kadr ehtiyatının yaradılması məqsədilə Prezident İlham Əliyevin (@presidentaz) sərəncamı ilə təsis edilmiş daha bir “Yüksəliş” müsabiqəsi (@yukselish_az) yekunlaşdı.… pic.twitter.com/yePPGkssjF
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 20, 2023
www.RESMIXEBER.az