“Fənərbağça” “Udineze”nin futbolçusunu transfer etdi

Dünya


Türkiyənin “Fənərbağça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

İstanbul təmsilçisi İtaliya “Udineze”sinin mərkəz müdafiəçisi Rodriqo Bekaunu transfer edib. Məlumatı klubun saytı yayıb.

27 yaşlı braziliyalı tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq. Anlaşmanın maliyyə tərəfləri barədə məlumat verilməyib.

2019-cu ildən “Udineze”də çıxış edən Bekau keçən mövsüm İtaliya A Seriyasında 28 oyun keçirib, iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir