Bakıda ödəmə terminalını yararsız hala salan şəxs saxlanıldı

Cəmiyyət


İyulun 3-də Nizami rayonunun İ.Həbibov küçəsində yerləşən ödəmə terminallarından birini yararsız hala salan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakini, 41 yaşlı Zaur Hüseynov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir