Musa Qurbanlının problemi həll olundu: Bu həftə “Yurqorden”də debüt edə bilər

Dünya


Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının “Yurqorden”də oynamaq üçün heç bir maneə qalmayıb. 

resmixeber.az xəbər verir ki, gənc hücumçuya İsveçdə işçi vizası verilib.

M.Qurbanlı şənbə günü lider “Elfsborq”a qarşı keçiriləcək oyunda yeni komandasında debüt edə biləcək. Onun adı ötən həftə “Malmö” ilə çempionat matçına sifariş olunsa da, işçi vizası olmadığından o, görüşdə iştirak edə bilməmişdi.

Xatırladaq ki, “Qarabağ”dan “Yurqorden”ə keçən 21 yaşlı forvard İsveç klubu ilə üç illik müqavilə imzalayıb.

Faiq Tahirov

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir