“Bu gün Xəzər dənizində baş verən zəlzələlərin (Rusiya Federasiyasının Dağıstan ərazisi və Türkmənistanla sərhəddə – red.) Azərbaycana heç bir təsiri yoxdur və olması da mümkün deyil”.
resmixeber.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.
O bildirib ki, sosial şəbəkədə bununla bağlı yayılan məlumatların heç bir əsası yoxdur.
“Əsassız məlumatlara inanmayın və rəsmi məlumatları izləyin”, – deyə o qeyd edib.
www.RESMIXEBER.az