Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin muzdluları Belarus xüsusi təyinatlılarına təlim keçəcək.
Bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi belarus partizanlarına istinadən məlumat verib.
Beləliklə, Sel-Osipoviç bölgəsində artıq 700 silahlı “Vaqnerçi” yerləşdirilib. Onlar Belarus hərbi qulluqçuları üçün xüsusi kurslara rəhbərlik edəcəklər.
Belarus Respublikası Silahlı Qüvvələrində üç xüsusi təyinatlı dəstə yaradılıb. “Vaqnerçilər” məhz onlara öz döyüş təcrübələrini ötürməli, həmçinin onlar üçün təxribat və əks-təxribat təlimləri keçirməlidir.
“Əslində Belarus ordusu terrorçuların və qatillərin təcrübəsini mənimsəyir”, – deyə Milli Müqavimət Mərkəzindən qeyd edilib.
Mənbə: UNİAN
www.RESMIXEBER.az