Ermənistanın ikinci prezidenti Robert Koçaryan və onun ailə üzvləri avqustun 1-də Baş Prokurorluğa çağırılıblar.
Onlar qanunsuz yolla əldə edilmiş əmlak işi ilə bağlı dindiriləcəklər.
Xatırladaq ki, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin 13 iyul 2023-cü il tarixli qərarı ilə Baş Prokurorluğun ərizəsi əsasında respublikanın ikinci prezidenti Robert Koçaryanın və onunla bağlı olan 7 nəfərin (ailə üzvləri – həyat yoldaşı, uşaqları, onların həyat yoldaşları) əmlakına həbs qoyulub.
Mənbə: Erməni KİV
www.RESMIXEBER.az