Azad edilmiş rayonlarda ət və süd istehsalı artıb – SİYAHI

Cəmiyyət


2023-cü ilin yanvar-iyun aylarında işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 9 697 ton ət, 72 091 ton süd istehsal olunub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6% və ya 551 ton, süd istehsalı isə 5,2% və ya 3 582 ton artıb.

Qeyd edək ki, ən çox ət və süd Ağdam rayonunda istehsal edilib. Belə ki, hesabat dövründə Ağdamda 2 549 ton ət, 22 458 ton isə süd istehsal olunub.

Azad edilmiş rayonlarƏt istehsalı, tonlaSüd istehsalı, tonla
Ağdam2 54922 458
Füzuli1 50914 679
Xocalı117875
Xocavənd6841 941
Şuşa1991 243
Cəbrayıl1 0854 573
Kəlbəcər1 95113 366
Qubadlı115605
Laçın1 41912 069
Zəngilan69282

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir