Qahirədə yaşayış binası uçdu: Ölənlər var – FOTO

Dünya


Misirin paytaxtı Qahirədə beşmərtəbəli yaşayış binası uçub.

Bu barədə Misirin dövlət xəbər agentliyi MENA məlumat verib.

Hadisə Qahirənin mərkəzindən təxminən 3,2 km (2 mil) məsafədə yerləşən Hadaek əl-Kubba rayonunda baş verib.

Xilasedicilər binanın dağıntıları altından ən azı doqquz nəfərin cəsədini  çıxarıblar. Həmçinin sağ qalan dörd nəfər xəstəxanaya yerləşdirilib. Yaxınlıqdakı çoxmənzilli yaşayış binasının sakinləri isə təxliyə ediliblər.

Misirin Sosial Həmrəylik Nazirliyi həyatını itirən 9 nəfərin ailələrinə 60 min Misir funtu (1939 ABŞ dolları) məbləğində yardım ediləcəyini bildirib.

Nazirlik, həmçinin zərərçəkənlərə yardım çatdırılacağını və yaxınlıqdakı obyektlərə dəyən ziyanın qeydə alınacağını qeyd edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir