Türkiyənin Muğla, Mersin, Çanakkale, Hatay, Osmaniye, Kahramanmaraş, İzmir və Antalya bölgələrində meydana gələn meşə yanğınları ilə əlaqədar yeddi nəfər saxlanılaraq istintaqa cəlb edilib.
Bu barədə ictimaiyyətə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib.
O qeyd edib ki, hazırda prokurorluq saxlanılan şəxslərlə əlaqədar istintaq fəaliyyətini həyata keçirir, yanğına aidiyyəti olan digər şəxslərin tapılaraq məhkəmə qarşısına çıxarılmasına çalışır.
Mənbə: Anadolu
www.RESMIXEBER.az