Agentlik sədri: “Hava şəraitinin dəyişkən keçməsi turizm imkanlarına çətinlik yaradır”

Cəmiyyət


“Hava şəraitinin dəyişkən keçməsi turizm imkanlarına çətinlik yaradır”.

resmixeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

Onun sözlərinə görə, yay mövsümü başlayandan hava şəraitinin qeyri-sabit keçməsi obyekt sahiblərinə ciddi ziyan vurur:

“Nəzərə almaq lazımdır ki, çimərlik mövsümü iyunun 15-dən sentyabra kimi davam edir. Bu il də yağışlı, küləkli günlərin sayının çox olması səbəbindən vətəndaşlar istirahətlərini planlaya bilmirlər”.

O qeyd edib ki, sel və daşqınların olması nəticəsində turizmə dəyən ziyan hələ hesablanmayıb.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir