Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) və Baş Assambleyası Ukraynadakı vəziyyətlə bağlı toplanır.
İyulun 17-də BMT Təhlükəsizlik Şurası “Ukraynada sülh və təhlükəsizliyin qorunması” mövzusunda nazirlər səviyyəsində iclas keçirəcək.
Həmçinin, çərşənbə axşamı, iyulun 18-də Baş Assambleyanın “Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində vəziyyət” mövzusunda açıq müzakirəsi keçiriləcək.
Hər iki tədbirdə müxtəlif ölkələrdən bir sıra rəsmi şəxslərlə yanaşı, Ukrayna nümayəndə heyəti də iştirak edəcək.
www.RESMIXEBER.az