“Arsenal” rekord məbləğə yarımmüdafiəçi aldı

Dünya


“Arsenal” heyətini yeni futbolçu ilə gücləndirib.

London klubu “Vest Hem”dən İngiltərə millisinin üzvü Deklan Raysı transfer edib.

“Vest Hem” rəsmi saytı vasitəsilə 24 yaşlı yarımmüdafiəçinin ingiltərəli oyunçular üçün rekord məbləğə satıldığını bildirib.

Dəqiq rəqəm açıqlanmasa da, müxtəlif mənbələr “topçular”ın bu keçid üçün 105 milyon avro ödədiyini yazıb.

Qeyd edək ki, 2017-ci ildə “Vest Hem”in əsas komandasına cəlb olunan Deklan Rays ötən mövsüm “çəkicdöyənlər”in heyətində bütün turnirlərdə 50 oyun keçirib, beş qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir