Rusiyada yeniyetmə valideynlərindən icazəsiz filmə baxdığı üçün intihar etdi

Dünya


Rusiya Federasiyasının Çerepovets rayonunda pastorun övladlığa götürdüyü oğlu “günah” ucbatından intihar edib. 14 yaşlı yeniyetmə qardaşı ilə valideynlərindən soruşmadan filmə baxıb.

Uşağın meyiti valideynləri, qardaşı və bacısı ilə birlikdə yaşadığı mənzildə tapılıb. Onun yanında intihar məktubu da aşkar edilib.

“Mən günah etdim, soruşmadan film izlədim və özüm üçün bir cəza tapdım”, – uşaq yazıb.
Filmin adı və mövzusu məlum deyil.

Bildirilir ki, uşağı övladlığa götürən ata protestant kilsəsində pastor işləyir.

Məktəbdə oğlan müsbət keyfiyyətli insan kimi xarakterizə olunub, yaşıdları ilə heç bir münaqişə yaşamayıb.

Məsələ ilə bağlı “İntihar həddinə çatdırma” maddəsi ilə cinayət işi açılıb.

Mənbə: theins.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir